Haqqımızda

Balakan Foods haqqında

page2_img1

“Balakan Foods” 2017-ci ildə Balakən konserv zavodunun bazasında təşkil edilib, 1964-cü ildə istismara verilmiş həmin zavod Azərbaycanda meyvə və tərəvəzlərin emalı üzrə ən qabaqcıl müəssisələrdən biridir.

“Balakan Foods” istehlakçıların qeydinə qalaraq, meyvələrdən istehsal edilmiş keyfiyyətli quru meyvələr və Şərq şirniyyatları təklif edir. Meyvələr Azərbaycanın bütün dilbər guşələrindən toplanır, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət olunur.

«Keyfiyyətli qida sağlamlığın rəhnidir» prinsipindən çıxış edərək və faydalı vitamin, ferment və mineralların, təbii dadın qorunub saxlanılması üçün meyvələri xüsusi «COLD DRY» - aşağı temperaturda qurutma texnologiyasının tətbiqi ilə quruduruq. Bu texnologiya qurutma prosesində zərərli kimyəvi maddələrdən istifadə ETMƏMƏYƏ imkan verir.