İstehsal

İstehsal

page2_img1

Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.

İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.