Gilas qurusu

Gilas qurutma prosesində öz faydalı xüsusiyyətlərini itirmir. Tərkibindəki vitaminlər kompleksi qan laxtalarının formalaşmasının qarşısını alır. Təzyiqi sabitləşdirir, tərkibindəki P-aktiv birləşmələr sidikqovucu effektə səbəb olur. Qaraciyər və böyrəklərin fəaliyyətini normallaşdırır. Ağrı hissini bir qədər kütləşdirir, xüsusən artrit və ya revmatizm kimi xəstəliklər zamanı. Tərkibində dəmirin bol olması səbəbindən qan azlığında olduqca faydalıdır. B qrupu vitaminlərinin mövcudluğu saçların və dırnaqların vəziyyətini yaxşılaşdırır. Mədə-bağırsaq yolunda problemlərin olduğu insanların vəziyyətinin yüngülləşməsinə səbəb olur.

 



Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.


İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.

Malın adı

Region

İstehsal mövsümü

Doğranma şəkli

Qablaşdırma

Netto (kq)

Gilas qurusu

Xaçmaz

İyun, iyul

Bütöv ağ yaxud qara gilas

Modifikasiyalı atmosferə (MAP) malik polipropilen qablaşdırma, şəffaf / qara dördbucaqlı

2 kq topdan yaxud 180 q pərakəndə

Məhsul üzrə sorğu

Oxşar məhsullar

  • Alma qurusu

    Alma qurusu

    Alma qurusu həzm sisteminə müsbət təsir göstərən və xolesterinin səviyyəsinə nəzarət etməyə imkan verən həll olunmayan...

    Ətraflı

  • Şaftalı qurusu

    Şaftalı qurusu

    Diyetoloqlar onu ağır xəstəlik yaxud əməliyyat keçirmiş insanların qida rasionuna daxil etməyi məsləhət görürlər. Bu, ...

    Ətraflı

  • Gilas qurusu

    Gilas qurusu

    Gilas qurutma prosesində öz faydalı xüsusiyyətlərini itirmir. Tərkibindəki vitaminlər kompleksi qan laxtalarının forma...

    Ətraflı