Albalı qurusu

Albalı qurusunda bütün mineral və vitaminlər, kalsium, fosfor, dəmir, sink, müxtəlif antioksidantlar qorunub saxlanılır. Antioksidantlar qocalma proseslərinin qarşısının alınmasında faydalıdır. Pektinli maddələr isə mübadilə proseslərinin, bağırsaq peristaltikasının yaxşılaşmasına səbəb olur. Qurudulmuş albalıda çoxsaylı vitaminlər, o cümlədən C vitamini mövcuddur. Vitamin C immunitetə görə cavabdehdir, insanı soyuqdəymədən, müxtəlif iltihabi xəstəliklərdən qoruyur. Quru meyvələrin tərkibindəki kalsium və kalium ürək əzələsinin fəaliyyətinə, insanın digər daxili orqanlarına müsbət təsir göstərir. Əksər mütəxəssislər bu meyvələri immunitetin gücləndirilməsi üçün ən yaxşı məhsul hesab edirlər.

 



Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.


İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.

Malın adı

Region

İstehsal mövsümü

Doğranma şəkli

Qablaşdırma

Netto  (kq)

Albalı qurusu

Balakən

İyun

Çəyirdəkli yaxud çəyirdəksiz

Modifikasiyalı atmosferə (MAP) malik polipropilen qablaşdırma, şəffaf / qara dördbucaqlı

1,7 kq topdan yaxud  180 / 250 q pərakəndə

Məhsul üzrə sorğu

Oxşar məhsullar

  • Qarpız qurusu

    Qarpız qurusu

    Qarpız qurusunun tərkibi : B vitaminləri qrupunun tam komplekti, askorbin və nikotin turşuları. Mikroelementlər: Ca, ...

    Ətraflı

  • Qara gavalı qurusu

    Qara gavalı qurusu

    Gavalının tərkibində qlükoza, fruktoza, saxaroza, А, В1, В2, С, Н və РР vitaminləri, həmçinin zəruri mineral maddələr ...

    Ətraflı

  • Şaftalı qurusu

    Şaftalı qurusu

    Diyetoloqlar onu ağır xəstəlik yaxud əməliyyat keçirmiş insanların qida rasionuna daxil etməyi məsləhət görürlər. Bu, ...

    Ətraflı