Armud qurusu kompotların, pəhriz desertlərinin əla komponenti olmaqla yanaşı, ayrıca qida kimi qəbul edilə bilər. Bu zaman artıq çəki almaqdan qorxmaya bilərsiniz.
Tərkibi sərt sellüloz, kalium, maqnezium, fosfor və dəmirlə, В1, В2, Е və РР vitaminləri, askorbin turşusu ilə zəngindir.
İmmunitet zəiflədikdə dəstəkverici vasitə kimi faydalıdır. Bu məhsul əsasında hazırlanan içkilər qızdırmanın, titrəmənin aradan qalxmasına səbəb olur, iltihab və mikrobəleyhinə təsirə malikdir, qrip və soyuqdəymə ilə mübarizədə, onların ilkin simptomlarının aradan qaldırılmasında faydalıdır.