Şaftalı qurusu

Diyetoloqlar onu ağır xəstəlik yaxud əməliyyat keçirmiş insanların qida rasionuna daxil etməyi məsləhət görürlər. Bu, orqanizmin ən qısa müddətdə bərpası və möhkəmlənməsi üçün zəruridir.
Quru yaxud qaxac edilmiş şaftalıdan müntəzəm istifadə immuniteti gücləndirir, xüsusən payızda və qışda kəskin respirator virus infeksiyaları və kəskin respirator xəstəliklərin qarşısını alır.
Şaftalı qurusu antibakterial xüsusiyyətlərə malikdir, bağırsağın mikroflorasını normallaşdırır. Ondan sistemli şəkildə istifadə nəticəsində həzm prosesi və ödün ifrazı yaxşılaşır.
Damar, ürək xəstəlikləri və aritmiyadan əziyyət çəkənlərə səhərlər acqarına şaftalı qurusunun 2-4 yarısını yemək məsləhət görülür. Şaftalı qurusu qanın tərkibini yaxşılaşdırır, qanyaranma prosesinə yardım edir, dəmir çatışmazlığı anemiyasının inkişafının qarşısını alır. Hansı şəkildə olursa-olsun, şaftalı şlaklardan, toksinlərdən təmizlənməkdə, ağır metal duzlarının, radiasiya elementlərinin xaric edilməsində orqanizmə kömək edir. Şaftalı qurusunun cövhəri yaxud həlimi mədədəki ağırlığın aradan qalxmasına səbəb olur. Onun acqarına müntəzəm qəbulu damarların təmizlənməsini, onların möhkəmlənməsini təmin edir. Şaftalı qurusu toxumalarda sərbəst radikalların miqdarını azaldır, nəticədə bədxassəli törəmələrin əmələ gəlmə riski aşağı düşür.

 



Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.


İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.

Malın adı

Region

İstehsal mövsümü

Doğranma şəkli

Qablaşdırma

Netto  (kq)

Şaftalı qurusu

Qax

İyul, acqust

Yarı

Modifikasiyalı atmosferə (MAP) malik polipropilen qablaşdırma, şəffaf / qara dördbucaqlı

2 kq topdan yaxud 150 q pərakəndə

Məhsul üzrə sorğu

Oxşar məhsullar

  • Xurma qurusu

    Xurma qurusu

    Xurma qurusunun faydalı xüsusuiyyətləri. Xurma qurusu spirtin oksidləşmə məhsullarını parçalayır. Odur ki, onun vas...

    Ətraflı

  • Alma qurusu

    Alma qurusu

    Alma qurusu həzm sisteminə müsbət təsir göstərən və xolesterinin səviyyəsinə nəzarət etməyə imkan verən həll olunmayan...

    Ətraflı

  • Çiyələk qurusu

    Çiyələk qurusu

    Vitaminlər mənbəyi olan çiyələk olduqca dadlıdır. Onun tərkibində orqanizm üçün çox faydalı olan C vitamininin, antiok...

    Ətraflı