Gavalı qurusu

Gavalının tərkibində qlükoza, fruktoza, saxaroza, А, В1, В2, С, Н, РР vitaminləri, həmçinin zəruri mineral maddələr – kalium, kalsium, maqnezium, sink, mis, manqan, dəmir, xrom, bor, nikel, fosfor və natrium mövcuddur. Gavalının başlıca faydalı xüsusiyyəti mədənin yumşaq şəkildə təmizlənməsi və mədə-bağırsaq yolunun fəaliyyətinin normallaşdırılmasından ibarədir. Gavalı iştahanı artırmaq və bağırsaq peristaltikasını gücləndirmək xassəsinə malikdir, ateroskleroz zamanı faydalıdır, damarların divarlarındakı xolesterin yığınlarını azaldır. Zəif sidikqovucu vasitə kimi çıxış edir, böyrəklərin, həmçinin bütün orqanizmin şlak və toksinlərdən təmizlənməsinə səbəb olur. Tərkibində bol miqdarda olan kalium ürək əzələsinin və damar divarlarının möhkəmlənməsinə səbəb olur. Bu isə ürək-damar sistemi xəstəlikləri və hipertoniya zamanı faydalıdır.

 



Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.


İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.

Malın adı

Region

İstehsal mövsümü

Doğranma şəkli

Qablaşdırma

Netto  (kq)

Gavalı qurusu

Balakən

İyul

Halqalarla

Modifikasiyalı atmosferə (MAP) malik polipropilen qablaşdırma, şəffaf / qara dördbucaqlı

1,4 kq topdan yaxud 150 q pərakəndə

Məhsul üzrə sorğu

Oxşar məhsullar

  • Qara gavalı qurusu

    Qara gavalı qurusu

    Gavalının tərkibində qlükoza, fruktoza, saxaroza, А, В1, В2, С, Н və РР vitaminləri, həmçinin zəruri mineral maddələr ...

    Ətraflı

  • Gavalı qurusu

    Gavalı qurusu

    Gavalının tərkibində qlükoza, fruktoza, saxaroza, А, В1, В2, С, Н, РР vitaminləri, həmçinin zəruri mineral maddələr – ...

    Ətraflı

  • Çiyələk qurusu

    Çiyələk qurusu

    Vitaminlər mənbəyi olan çiyələk olduqca dadlıdır. Onun tərkibində orqanizm üçün çox faydalı olan C vitamininin, antiok...

    Ətraflı