Xurma qurusunun faydalı xüsusuiyyətləri.
Xurma qurusu spirtin oksidləşmə məhsullarını parçalayır. Odur ki, onun vasitəsilə alkoqollu işçkilərin orqanizmə ziyanlı təsirini minimuma endirmək mümkündür. Həzm prosesinə və bağırsağın fəaliyyətinə müsbət təsir göstərməklə, qanaxma riskini azaltması babasilin müalicəsində əhəmiyyətlidir. İştahanın meydana gəlməsinə səbəb olur. Hipotenziv təsir göstərməsi və damarların tonusunu artırması qan dövranına müsbət təsir göstərir. Bütün bu faydalı xassələr kaliumun yüksək miqdarı ilə təmin olunur. Quru xurmada bu elementin miqdarı bananla müqayisədə 2 dəfə artıqdır. İltihabəleyhinə xüsusiyyəti aşkar olduğu üçün intensiv öskürək və soyuqdəymə zamanı faydalıdır. Tərkibindəki nadir betulin turşusu yad hüceyrələrin inkişafına mane olur. Bu xüsusiyyət bədxassəli törəmələrlə mübarizədə yardım edir. Onkoloji xəstəliklərdən əziyyət çəkənlərə tərkibində quru xurma olan müalicəvi qida təyin edirlər. Quru meyvəni xırda- xırda doğradıqdan sonra alınana meyvə pastası ilə açıq yaraları müalicə etmək mümkündür. Antioksidant xüsusiyyətləri quru xurmanı orqanizmin təmizlənməsi üçün əla vasitəyə çevirir. O sərbəst radikalların öhdəsindən asanlıqla gəlir, toksinləri xaric edir, qocalma proseslərini ləngidir. C vitaminin yüksək miqdarda olması immunitet üçün faydalıdır. Quru xurma göz alması toxumalarını qidalandırır və onun əzələlərini möhkəmləndirir və göz üçün olduqca faydalıdır. Quru xurma yuxarıda göstərilən keyfiyyətləri ilə yanaşı, qanda şəkər və xolesterinin konsentrasiyasını tənzimləyir, bu isə damarların və bütövlükdə orqanizmin sağlamlığına müsbət təsir göstərir.
