Çiyələk qurusu

  • Zülal: 0 q
    Karbohidrat: 7,02 q
    Yağ: 0,37 q
    Enerji dəyəri: 314 kkal

Vitaminlər mənbəyi olan çiyələk olduqca dadlıdır. Onun tərkibində orqanizm üçün çox faydalı olan C vitamininin, antioksidantların, B9 vitamini və mikroelementlərin mövcudluğu hər kəsə məlumdur. Bu giləmeyvə qan azlığı, podaqra, həzm yolu orqanlarının bəzi xəstəlikləri zamanı olduqca faydalıdır. İnsan orqanizminin ürək-damar sisteminə çox yaxşı təsir göstərir. Üstəlik azkalorili məhsuldur, arıqlamaya yardım edir. İki il saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir və orqanizmə müsbət təsir göstərir. Tərkibində vitaminlər, yağlar, karbohidratlar, üzvi maddələr, fol və digər turşular, mineral maddələr var. Tərkibində şlakların orqanizmdən çıxmasına yardım edən pektin turşularının olması məhsulun dəyərini xüsusilə artırır.

 



Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.


İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.

Malın adı

Region

İstehsal mövsümü

Doğranma şəkli

Qablaşdırma

Netto  (kq)

Çiyələk qurusu

Cəlilabad

Мay, iyun

Bütöv

Modifikasiyalı atmosferə (MAP) malik polipropilen qablaşdırma, şəffaf / qara dördbucaqlı

1,4 kq topdan yaxud 100 q pərakəndə

Məhsul üzrə sorğu

Oxşar məhsullar

  • Armud qurusu

    Armud qurusu

    Armud qurusu kompotların, pəhriz desertlərinin əla komponenti olmaqla yanaşı, ayrıca qida kimi qəbul edilə bilər. Bu z...

    Ətraflı

  • Xurma qurusu

    Xurma qurusu

    Xurma qurusunun faydalı xüsusuiyyətləri. Xurma qurusu spirtin oksidləşmə məhsullarını parçalayır. Odur ki, onun vas...

    Ətraflı

  • Gavalı qurusu

    Gavalı qurusu

    Gavalının tərkibində qlükoza, fruktoza, saxaroza, А, В1, В2, С, Н, РР vitaminləri, həmçinin zəruri mineral maddələr – ...

    Ətraflı