Alma qurusu

  • Zülal: 2,2 q
    Karbohidrat: 48,0 q
    Yağ: 0,1 q
    Enerji dəyəri: 199 kkal

Alma qurusu həzm sisteminə müsbət təsir göstərən və xolesterinin səviyyəsinə nəzarət etməyə imkan verən həll olunmayan liflər mənbəyidir.
B qrupu vitaminləri ilə zəngin olan məhsul metabolizmi dəstəkləyir, qaraciyər və epidermis hüceyrələrini qidalandırır. Tərkibindəki B5 və B6 vitaminləri beyinin fəaliyyəti üçün zəruri olan kimyəvi maddələrin – neyrotransmitterlərin sintezində iştirak edir.
Kalium: sinir və ürək sistemləri üçün faydalıdır, dəmir: qanəmələgəlmə prosesində iştirak edir və hüceyrələrin oksigenlə zənginləşməsində yardım edir.

 



Biz öz müştərilərimizi il boyu keyfiyyətli, faydalı və dadlı quru meyvələrlə təmin etməyə çalışırıq. Sizin qayğınıza qalaraq, mövsüm boyu Azərbaycanın müxtəlif regionlarından meyvələr toplayır, müasir üsul və texnologiyaları tətbiq edir, emalın bütün mərhələlərindən başlayaraq qablaşdırmayadək gigiyena qaydalarına tam riayət edirik.


İstehsal prosesində “Cold dry” (aşağı temperaturda qurutma) texnologiyasının tətbiqi nəticəsində quru meyvələrin tərkibindəki bütün vitaminləri və faydalı mineralları sizin üçün qoruyub saxlamışıq.

Malın adı

Region

İstehsal mövsümü

Doğranma şəkli

Qablaşdırma

Netto  (kq)

Alma qurusu

Balakən

Sentyabr, oktyabr

Halqa yaxud dilimlər

Modifikasiyalı atmosferə (MAP) malik polipropilen qablaşdırma, şəffaf / qara dördbucaqlı

1,4 kq topdan yaxud 130 q pərakəndə

Məhsul üzrə sorğu

Oxşar məhsullar

  • Xurma qurusu

    Xurma qurusu

    Xurma qurusunun faydalı xüsusuiyyətləri. Xurma qurusu spirtin oksidləşmə məhsullarını parçalayır. Odur ki, onun vas...

    Ətraflı

  • Armud qurusu

    Armud qurusu

    Armud qurusu kompotların, pəhriz desertlərinin əla komponenti olmaqla yanaşı, ayrıca qida kimi qəbul edilə bilər. Bu z...

    Ətraflı

  • Çiyələk qurusu

    Çiyələk qurusu

    Vitaminlər mənbəyi olan çiyələk olduqca dadlıdır. Onun tərkibində orqanizm üçün çox faydalı olan C vitamininin, antiok...

    Ətraflı